Fransa-2022: Mətbuat konfranslarının cədvəli

Bu il yarış həftəsonunun formatı dəyişdirilib - sürücülər 4 qrupa bölünəcəklər və hər bir qrupa 30 dəqiqə ayrılacaq.

F-1.az bildirir ki, Fransada cümə axşamı baş tutacaq mətbuat konfranslarında 2 qrup saytların və nəşrlərin nümayəndələrinin suallarını cavablayacaq, digər iki qrup isə televiziya əməkdaşlarının qarşısına çıxacaq.

Mətbuat mərkəzində əvvəlcə Quanyu Çjou (Alfa Romeo), Sebastyan Fettel (Aston Martin), Şarl Lekler (Ferrari), Lando Norris (McLaren) və Nikolas Latifi (Williams) gələcəklər.

Daha sonra onları Fernando Alonso (Alpine), Pyer Qasli (AlphaTauri), Mik Şumaxer (Haas), Lyuis Həmilton (Mercedes) və Serxio Peres (Red Bull) əvəz edəcək.

Yuki Tsunoda (AlphaTauri), Ləns Stroll (Aston Martin), Karlos Sayns (Ferrari), Corc Rassell (Mercedes) və Maks Ferstappen (Red Bull) mətbuat mərkəzinə getməyəcək, telekanalların əməkdaşlarının suallarını cavablayacaq.

Ən son olaraq isə növbə Valtteri Bottas (Alfa Romeo), Esteban Okon (Alpine), Daniel Rikkardo (McLaren), Kevin Maqnussen (Haas) və Aleksander Elbona (Williams) çatacaq.

Şənbə günü jurnalistlər komanda nümayəndələrini mətbuat mərkəzində gözləyəcəklər. Pol Rikarda ora yollanacaq mütəxəssislər əvvəlcə Jan Monşo (Alfa Romeo), Ceyms Ki (McLaren) və Mario İzola (Pirelli), daha sonra isə Loran Rossi (Alpine), Endryu Şovlin (Mercedes) və Yost Kapito (Williams) olacaq.

Xatırladaq ki, sıralanma turu və yarışdan sonra yalnız ilk üçlük jurnalistlərin qarşısına çıxır.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*