Williams 2017-ci il heyəti üçün tələsmək istəmir

Williams komandası 2017-ci ilin pilot heyəti üçün tələsmək istəmir və sürücü seçimində diqqətli olmaq istəyir...

F-1.az xatırladır ki, Williams komandası 3 ildir ki, Bottas və Massa cütü ilə yarışır və britaniyalılar son iki mövsümdə 3-cü yeri tuta bildilər. Amma Williams bu il zəif çıxış edir və mühəndislər kubokunda 4-cü yerdədirlər. Beşinci yerdəki Force İndia isə fərqi azaldır.

Həm Massanın, həm də Bottasın müaviləsi mövsümün sonun başa çatacaq və britaniyalıların gələn il kiminlə yarışacağı hələ də müəmmalıdır. Kler Uilyams bu barədə danışıb: “Williams-ın 017-ci il heyəti hamıya maraqlıdır və mən bunu anlayıram. Bütün alternativlərə baxırıq və orada yaxşı sürücülər var. Tələsmək istəmirik. Ən doğrusunu seçmək istəyirik. Valtteri və Felipe bizim komandamızda çıxış edir. Hazırkı hədəfimiz Force İndia-nı geridə tutmaqdır. Bizim fokuslanmaq istədiyimiz hazırda budur”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*