14 Dekabr 2018, Cümə - 10:27

V.Bottas: “Gözlədiyim nəticə deyil”

V.Bottas: “Gözlədiyim nəticə deyil”

Müəllif: Rauf Hacıyev, redaktor

18:55 - 24 Noyabr, 2018

Mercedes komandasının sürücüsü Valtteri Bottas komanda yoldaşı Həmiltonun daha yaxşı dövrə atdığını deyib.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Əbu Dabidə sıralanma turunda ikinci olub.

Valtteri Bottas: “Poul qazanmağı planlaşdırmışdım, çünki keçən il burada yaxşı nəticə qazanmışdıq. Lakin bu il təkrarlaya bilmədim. İkinci yer arzuladığım nəticə deyildi. Amma çempion olsaq belə, son yarışda ilk cərgəni tuta bildik. Bu, əladır. Yaxşı dövrə vurduğuma inanıram, ancaq Lyuisinki qədər yaxşı deyildi. Bu gün əla iş gördü. Deyəsən 17-ci və 18-ci döngələrdə vaxt itirdim. Mükəmməl olmadı”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 170
Teqlər
Paylaş

logo