Rəsmən: Barselona daha 5 il təqvimdə qalacaq

Barselona trası növbəti 5 ildə Formula1 və MotoGP yarışlarını qəbul edəcək.

F-1.az xatırladır ki, son dövrlərdə İspaniya yarışının Xeresdə keçiriləcəyi ilə bağlı söz-söhbətlər artmışdı. Lakin Barselona təqvimdəki yeirni qoruyub. İlin sonunda müqaviləsi bitəcək Barselona Trası 2026-cı ilin sonuna qədər anlaşma imzalayıb.

Yeni müqaviləyə əsasən trasın ətrafındakı bazalarda, paddokda, pit binalarında və trasın müxtəlif yerlərində yenidən təmir işləri aparılacaq.

Formula1-in rəhbəri Stefano Domenikali: “Barselona Trası ilə yeni müqavilə bağladığımız üçün sevincliyik. Trasda və ətrafında yenidənqurma işləri aparılacaq”.

Qeyd edək ki, 2022-ci ilin İspaniya yarışı mayın 22-də keçiriləcək.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*