S.Domenikali əfsanəvi Şumaxerdən danışıb

Ferrari komandasının sabiq rəhbəri Stefano Domenikali əfsanəvi Mixael Şumaxer barədə danışıb.

F-1.az xatırladır ki, Domenikali 1996-2006-cı illərdə Şumaxerlə işləmiş və almaniyalı sürücünün ən uğurlu illərində yanında olmuşdu.

Stefano Domenikali: “Ferrari ilə ardıcıl çempionluqlar qazananda mükəmməl idi. Hər hansı bir problemə görə komandanı pisləmədi. 1999-cu ildə Silverstounda divara çırpılıb ayağını qırdığı günü xatırlayıram.Qəzanın səbəbi əyləclər idi, ancaq o barədə pis söz demədi və komandanın səhv etdiyini söyləmədi.

O, heç vaxt razı qalmırdı. Komandanın inkişafı üçün həmişə dəqiq təhlillər aparırdı. Sükanın üzərindəki əksər düymələri o istədi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*