Nikola Tsolov ART-də debüt edəcək

Bolqarıstanlı pilot Nikola Tsolov 2023-cü ildə ART Grand Prix komandası ilə Formula3-də debüt edəcək.

F-1.az xəbər verir ki, 2022-ci ildə 15 yaşlı pilot formulalarda ilk mövsümünü keçirib və on üç qələbə ilə İspaniya Formula4-ün çempionu olub.

Nikola Tsolov: “ART ilə müqavilə imzalamaq və gələn il Formula3-ə keçmək mənim üçün böyük şərəfdir.

Komanda yarışdığı hər seriyada yaxşı nəticələr əldə edir və onlar bir çox Formula1 sürücüsü yetişdiriblər. Mən tərəfdaşlığımıza başlamaq üçün çox həyəcanlıyam!”

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*