Red Bull hesab edir ki, Tsolov Formula1-ə hazırdır

İspan nəşri Soy Motor öz mənbələrinə istinadən yazır ki, Red Bull Nikola Tsolovu Formula1-də debüt etməyə hazır oldu]unu hesab edir.

2026-cı ildə bolqarıstanlı sürücü Campos Racing komandası ilə Formula2-də debüt mövsümünü keçirir. Nikola artıq üç qələbə qazanıb və fərdi hesabda ikinci pillədədir, lider Qabriele Minidən cəmi altı xal geri qalır. Bu il Tsolovun çıxışları Red Bull rəhbərliyini o qədər təsirləndirib ki, onlar bolqar sürücünün 2027-ci ildə Formula1-ə keçməsi barədə prinsipial qərar qəbul ediblər.

Əgər dördqat dünya çempionu Maks Ferstappen Red Bull-da qalmaq qərarına gəlsə, böyük ehtimalla Tsolov üçün yer Liam Louson tərəfindən azad ediləcək. Əgər Ferstappen komandadan ayrılmağa qərar verərsə, Red Bull-un iki komandasının heyətini formalaşdırmaq üçün daha çox seçimi olacaq.

Red Bull-un və sürücünün rəsmi nümayəndələri Soy Motor-dakı dərcə heç bir şərh verməyiblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*