Yeni rəhbərlik Almaniya QP təşkilatçılarını ümidləndirib

Nürburqrinq və Hokkenhaym trasının təşkilatçıları Formula1-in rəhbərliyi dəyişdikdən sonra idmanı qəbul etmək mövzusunda ümidləniblər.

F-1.az xatırladır ki, Formula1-də Berni Ekklstoun rəhbər vəzifəsindən uzaqlaşdırıldıqdan sonra onu Çeyz Keri əvəzləmiş, idman şöbəsinin rəhbəri isə Ross Braun olmuşdu. Həm Keri, həm də Braun bildirmişdilər ki, köhnə və ənənəvi trasların Formula1-də qalması üçün çalışacaqlar.

Ross Braun 2017-ci ilin təqvimində olmayan Almaniya QP üçün “2017-ci ilin təqvimində dəyişiklik olacağına güman etmirəm. Amma Almaniya ənənəvi yarışdır və onların mirasını qorumaq istəyirik. Bu da idmanın güclü tərəflərindəndir” deyib.

Formula1-i sonuncu dəfə 2013-cü ildə qəbul edən Nürburqrinqin yeni rəhbəri Mirko Markfort “Nürburqrinqin Almaniya QP-ni qəbul etməsini istəyirik” deyib.

Hokkenhaym trasının rəhbəri Corc Seyler də bu barədə fikrini bildirib: “Eşitdim ki, idmanın yeni sahibləri ənənələrə böyük önəm verirlər. Buna görə də, 2019-cu ildən sonrakı danışıqları səbirsizliklə gözləyirəm”.

, , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*