Almaniya-2018: Bukmeyker cədvəlləri

William Hill idarəsinin bukmeykerləri Almaniyadakı yarış həftəsonu üçün növbəti cədvəllərini tərtib ediblər.

F-1.az xəbər verir ki, son iki yarışda qələbə qazanmamasına baxmayaraq, Həmilton yarışın əsas favoriti hesab edilib. Fettelin şansları bir qədər az qiymətləndirilib.

Almaniya Qran Prisində qələbə (sürücülər)
Lyuis Həmilton 2.37
Sebastyan Fettel 2.62
Valtteri Bottas 8.50
Daniel Rikkardo, Maks Ferstappen, Kimi Rəykkönen 11.00

 

Britaniya Qran Prisindən sonra çempionatın lideri Fettel Həmiltonla xal fərqini 8-ə çatdırmışdı. Lakin buna baxmayaraq, bukmeykerlər mövsümün sonunda Lyuisin sevinəcəyinə inanırlar. Digər sürücülərin titul şansları idarənin işçilərinin nəzərində yox səviyyəsindədir…

Çempionatda qələbə (sürücülər)
Lyuis Həmilton 1.61
Sebastyan Fettel 2.37
Valtteri Bottas 101.00
Daniel Rikkardo, Maks Ferstappen, Kimi Rəykkönen 201.00

 

Mühəndislər Kubokunda hazırda Ferrari əsas rəqibi Mercedes-i 20 xal üstələyir. Lakin bu belə bukmeykerlərin “gümüş oxlar”-a olan inamını azaltmayıb…

Çempionatda qələbə (komandalar)
Mercedes AMG 1.44
Ferrari 2.62
Red Bull 34.00

 

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*