FİA mərhələlərin ləğvi ilə bağlı tələsməyəcək

Yaxın Şərqdəki böhran səbəbindən mövsümün hansı mərhələlərlə və harada başa çatacağı hələ dəqiqləşməyib. Qətər və Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək mərhələlərin ləğv olunması ehtimalı var, lakin FİA prezidenti Muhəmməd ben Sulayem qərar verməyə tələsməməyə çağırıb.

Muhəmməd ben Sulayem: “Hələlik hər şey plana uyğun gedir, hazırlıq davam edir. Zərurət yaranmasa, heç nəyi dəyişməyəcəyik.

Mən bu regiondan olduğum üçün sadəcə – “Oldu, ləğv edirik”, – deyib, sonra da tədbiri ləğv edə bilmərəm. Tələsməyəcəyik.

İnsanlarımızı, əməkdaşlarımızı, sürücüləri və ya komandaları riskə ata bilərikmi? Xeyr, əlbəttə ki, xeyr. Buna imkan verməyəcəyik. Amma hökumətin və yerli promouterlərin mövqelərinə qulaq asmaq vacibdir”.

, ,