23 Avqust 2019, Cümə - 22:16

Yas Marina trası çəhrayı rəngə boyanır

Yas Marina trası çəhrayı rəngə boyanır

Müəllif: Elçin Zodorov, redaktor

12:12 - 02 İyul, 2017

Bu mövsümün son yarışı çəhrayı fonda keçiriləcək – bu, zarafat deyil.

F-1.az xəbər verir ki, Əbu Dabi Qran Prisinə 5 ay qalmış yarışın təşkilatçıları tribunaların dam örtüklərini və trasdakı təhlükəsizlik zonalarının rəngini dəyişmək qərarına gəliblər. Yeni rəng Force İndia-nın maşınlarının rəngi ilə uzlaşacaq – axı onlar da çəhrayıdırlar.

Bu barədə məlumat Yas Marina trasının rəsmi Twitter bloqunda verilib: “Biz yeni bir şeyi sınaqdan keçirmək qərarına gəldik. Yeni qaydalar, yeni rəng çalarları.

Qeyd edək ki, mövsümün sonuncu yarışı olan Əbu Dabi Qran Prisi noyabrın son həftəsonunda baş tutacaq.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 377
Teqlər , ,
Paylaş

logo