L.Həmilton haloya minnətdardır

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Qrojan sağ qaldığı üçün haloya minnətdardır.

F-1.az xatırladır ki, fransalı sürücü yarışın startında qəza edib və nəticədə bolidi alovlanıb. Lakin 34 yaşlı pilot yanğından qurtula bilib.

Lyuis Həmilton: “Qorxulu görüntü idi. Bolidə oturanda riskə gedirik və idmandakı təhlükələrə hörmət edirəm. Kokpit nə qədər təzyiqə məruz qaldı bilmirəm, amma haloya minnətdaram. Bariyerlər başını kəsmədiyi üçün şükür edirəm. Daha pis ola bilərdi.

Yarış fiziki cəhətdən çətin idi. Yarışdan əvvəl özünüzü proqramlaşdırırsınız. Sonra yaxşı start aldım. Təxminən 1 saatlıq fasilə oldu və orada fikriniz dağıla bilər. Yarış çətin oldu”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*