26 Mart 2019, Çərşənbə axşamı - 18:36

L.Həmilton: “Bəziləri manşetə düşmək istəyirlər”

L.Həmilton: “Bəziləri manşetə düşmək istəyirlər”

Müəllif: Rauf Hacıyev, redaktor

00:14 - 23 Mart, 2018

Mercedes komandasının sürücüsü Lyuis Həmilton sabiq komanda yoldaşı Niko Rosberqə sərt cavab qaytarıb.

F-1.az xatırladır ki, iki sürücü 2013-2016-cı illərdə komanda yoldaşı olmuş və 3 mövsüm Həmilton almaniyalı sürücünü məğlub etdiyi halda, bir mövsüm Rosberq güclü komanda yoldaşını məğlub edə bilmişdi.

2016-cı ilin Dünya Çempionu son açıqlamasında Həmiltonun qeyri-stabil olduğunu və belə dövrlərdə onu məğlub etməyin asan olduğunu demişdi.

Lyuis Həmilton: “Məncə, keçən il belə olmadığımı sübut etdim. Məncə, əksəriyyət manşetə çıxmaq istəyir və bu yollara əl atır. Builki hədəfim keçənilkindən stabil olmaqdır. Keçən il stabilliyim hesabına çempion oldum”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 189
Teqlər , ,
Paylaş

logo