12 Dekabr 2018, Çərşənbə - 21:04

L.Həmilton Ferrari-yə təşəkkür edib

L.Həmilton Ferrari-yə təşəkkür edib

Müəllif: Rauf Hacıyev, redaktor

19:15 - 02 Sentyabr, 2018

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, İtaliyada qalib gələrək yenidən özündə güc tapıb.

F-1.az xatırladır ki, britaniyalı sürücü yarışa 3-cü yerdən başlasa da, startda Fetteli, yarışın sonunda isə təkər problemi yaşayan Rəykköneni keçərək 5-ci dəfə Montsada qalib gəlib. Beləliklə, britaniyalı sürücü Fettellə xal fərqini 30-a qaldırıb.

Lyuis Həmilton: “İşimizi çətinləşdiridkləri üçün Ferrari-yə təşəkkür edirəm. Yaxşı mübarizə apardılar və əla iş gördülər. Buradakı və bazadakı bütün işçilərə təşəkkür edirəm. Onların dəstəyi olmasaydı, bu gün qalib gələ bilməzdik. Burada bəzi neqativ hallar var idi. Bunları müsbət yönə çevirəcəm. Məni dəstəklədikləri üçün komandaya və Valtteriyə təşəkkür edirəm. Təslim olmayacağıq və mübarizə aparacağıq. Bu gün çətin olsa da, güc aldıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 265
Teqlər , , ,
Paylaş

logo