L.Həmilton: Silverstoun yaxşı trasdır

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Silverstoun ən yaxşı traslardan biridir.

F-1.az xatırladır ki, britaniyalı sürücü bu il yarış qazana bilməyib. Yeddiqat Dünya Çempionu daha əvvəl 8 dəfə qalib gəldiyi Silverstounda bumövsümkü ilk yarışını qazanmağa çalışacaq.

Lyuis Həmilton: “Silverstoun hələ də ən yaxşı traslardan biridir və yüksək sürətli döngələrdə sürmək həmişə əyləncəlidir. Barselonada dalğalanma yüksək idi. Buna görə də indiki maşınlarla Silverstounda sürmək möhtəşəm deyil. Ümid edirəm ki, İngiltərə yarışına qədər problemi həll edərik. Görək nə olur.

Düşünürəm ki, hamımız üçün yaxşı olacaq. Bu il rəqibi izləmək daha asandır. Ümid edirəm ki, yaxşı yarış olar”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*