14 Noyabr 2019, Cümə axşamı - 01:58

Britaniya-2016: Üçüncü stüard – Naycel Mənsell

Britaniya-2016: Üçüncü stüard – Naycel Mənsell

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

10:25 - 06 İyul, 2016

Hər il olduğu kimi, bu dəfə də FİA Qran Prinin stüardları cərgəsinə keçmişin təcrübəli sürücülərini cəlb edəcək. Bu dəfə stüardlara 1992-ci ilin dünya çempionu Naycel Mənsell kömək edəcək.

Britaniyalıların “şir ürəkli” sevimlisi Mənsell Lotus, Williams, Ferrari və McLaren komandalarının heyətində 187 yarışın startına çıxmaqla 31 qələbə və 32 poul qazanaraq bütün statistik kitabçalarda adı keçən sürücüdür.

F-1.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, qarşıdakı həftəsonu təcrübəli britaniyalı sürücü Amerika federasiyasının nümayəndəsi, McLaren komandasının keçmiş başçısının oğlu Tim Mayerə və FİA-nın Apellyasiya Məhkəməsinin üzvü Niş Şettiyə kömək edəcək…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 546
Teqlər , , , , ,
Paylaş

logo