E.Fittipaldi: Həmilton hələ çox yarışacaq

Sabiq Formula1 sürücüsü Emerson Fittipaldi bildirib ki, Lyuis Həmilton karyerasının zirvəsindədir və hələ çox yarışacaq.

F-1.az xatırladır ki, britaniyalı sürücü Formula1-də 13 mövsüm keçirib və bu müddət ərzində 84 qələbə, 88 poul, 47 sürətli dövrə, 151 podium və 3431 xal əldə edib.

Emerson Fittipaldi: “Lyuis Formula1-in ən yaxşılarından biri olmaq üçün hər xüsusiyyətə sahibdir. Məncə, Mixaelin bütün rekordlarını qıra bilər. Əgər o həmişəki motivasiyasını qorusa, daha çox titul qazanacaq. Düzdür, uzun illər yüksək səviyyədə çıxış etmək olmur, amma Lyuis bunu edə bilər. İndy-dəki son mövsümümdə 48-49 yaşlarımda 20 yaşlı uşaqlara qarşı mübarizə apardım və son qələbəmi 48 yaşımda qazandım. O vaxt 21 yaşı olan Jak Vilnövü məğlub etdim. Lyuisin önündə uzun illər var. 40 yaşında da yarışa bilər”

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*