N.Rosberq: “Artıq oyuncaq deyilik”

Mercedes komandasının sürücüsü Niko Rosberq bildirib ki, radio danışıqlara məhdudiyətlər qoyulandan sonra sürücülər oyuncaq deyillər.

F-1.az xatırladır ki, yarış mühəndisləri sürücülərə hər şeyi dedikləri üçün FİA-ya şikayətlər gəlirdi. Buna görə də FİA radio danışıqlara məhdudiyyətlər qoydu

Lyuis Həmilton mövsümün əvvəlində bu qərar üçün bildirmişdi ki, qaydalar onların həyatını çətinləşdirir. Amma Rosberq belə düşünmür.

Niko Rosberq: “Bu qaydanı sevirəm, çünki artıq özümüz qərar verməliyik.

Ən əsası isə, yarışdan əvvəl yarış mühəndisimin mənə dedikləri üzərində daha məsuliyyətli işləyirəm. Artıq buna fokuslanmışıq. Artıq işlər daha çox və qarışıqdır.

Yarış da daha yaxşıdır. Trasa çıxırıq və işimizi görürük. Bu əsl mübarizədir və mən bunu sevirəm. Evində oturub bizə oyuncaq deyənlər var idi. Artıq belə şey yoxdur və bu çox yaxşıdır”.

Rosberq əlavə edib ki, onun yarış 11 illik yarış mühəndisi Toni Ross komandada daha vacib rol oynayır: “Boliddə düzgün sazlanmanı tapmaq çox vacibdir və Toninin mənim kimi düşünməsi yaxşı haldır. Bizim məqsədimiz birdir və biz eyni dildə danışırıq. Buna görə də mühəndisimlə birlikdə müxtəlif şeylər, prosedürlər və hər şey üzərində bir yerdə işləməliyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*