Mercedes komandası FİA-nın tədbirindən imtina edib

Mercedes komandası FİA-nın mükafat gecəsinə qatılmayacaq

Mercedes dünən axşam saatlarında baş tutan FİA-nın rəsmi fotosessiyasında iştirakdan imtina edib. Məlumata görə, FİA-nın bayrağı altında keçirilən bütün seriyalarda çempion olmuş komandaların və sürücülərin iştirakı ilə kollektiv fotosessiya üçün nə Formula1 komandası, nə də Formula E komandası avtomobillərini təqdim etməyiblər.

Mercedes fotosessiyadan yayınması ilə bağlı şərh verməkdən də imtina edib. Əbu Dabi Qran Prisindən sonra komanda mətbuatla əlaqəni tam kəsib, mətbuat relizləri yaymayıb və sosial media hesablarını yeniləməyib. Lyuis Həmilton və Toto Volff yarışdan sonra mətbuat qarşısına da çıxmayıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*