11 Dekabr 2018, Çərşənbə axşamı - 11:23

S.Fettel əsəbini Kvyatın üzərinə töküb

S.Fettel əsəbini Kvyatın üzərinə töküb

Müəllif: Rauf Hacıyev, redaktor

12:55 - 17 Aprel, 2016

Sebastyan Fettel bildirib ki, startdakı insidentin səbəbkarı Daniil Kvyatdır…

F-1.az xatırladır ki, Fettel yarışın startında Kvyatın hücumundan qorunaraq komanda yoldaşı Rəykkönen ilə toqquşub. Fettel yarışdan sonra radio vasitəsilə komanda yoldaşı Kimidən üzr istəyib: “Çox məyusam, amma bilərək etmədim və Kimidən üzr istəyirəm”.

Yarışdan sonra Fettel və Kvyat arasında podiumdan əvvəl maraqlı dialoq baş tutub:

Sebastyan Fettel: “Torpedo kimi gəldin. Üçümüz də toqquşa bilərdik”.

Daniil Kvyat: “Yarışda olan şeylərdir”.

Sebastyan Fettel: “Əgər eyni trayektoriyada qalsaydım, toqquşa bilərdik və solda bolid var idi”.

Daniil Kvyat: “Bəsdir görək, mən bütün maşınları görə bilmərəm. Mənim sadəcə iki gözüm var”.

Sebastyan Fettel: “Biz toqquşa bilərdik!”

Daniil Kvyat: “Toqquşmadıq ki?”

Sebastyan Fettel: “Sən toqquşmadın, amma mən Kimi ilə insident yaşadım. Əlbəttə, bu yarışdır, amma mən gözləmirdim ki, kimsə ağılsızcasına ora soxulacaq. Sənin də maşınına xətər dəyə bilərdi, amma sənin sadəcə bəxtin gətirdi. Əvəzində Kiminin maşını çox zədələndi”.

Daniil Kvyat: “Yaxşı görək, sən də podiumdasan, mən də podiumdayam. Ona görə də hər şey normaldır!”

Mətbuat konfransında Fettel çox əsəbi görünsə də, Kvyat gülərüz və xoşbəxt görünürüb.

Daniil Kvyat: “Riskli hərəkət idi, düzdür, Fettellə razıyam. Yalnız risk etməklə podium qazana bilərsiniz. İndi bizim hər ikimiz də podiumdayıq.

Belə riskli manevrlərə davam edəcəm. Rəqiblərim buna öyrəşməlidirlər”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 343
Teqlər , , , ,
Paylaş

logo