Ferrari yeni bolidinin təqdimat tarixini açıqlayıb

Ferrari komandası 2023-cü il bolidi olan Ferrari 675-i fevralın 14-də təqdim edəcək.

F-1.az xatırladır ki, daha əvvəl Aston Martin 2023-cü il bolidinin təqdimat tarixini açıqlamışdı. Ferrari isə onlardan bir gün sonra – fevralın 14-də yeni bolidini təqdim edəcək. Beləliklə, “qırmızılar” 2019-cu ildən sonra növbəti dəfə Sevgililər Günündə bolid təqdim edəcək.

Bolid təqdimatdan bir gün sonra İmolada reklam çəkilişi üçün trasa çıxarılacaq.