L.Stroll: Əlimdən heç nə gəlmədi

Racing Point komandasının sürücüsü Ləns Stroll bildirib ki, yarışda əlindən gələni edib.

F-1.az xatırladır ki, kanadalı sürücü Belçika yarışını doqquzuncu yerdə bitirib.

Ləns Stroll: “Çətin yarış idi. Yaxşı başladım və bir yer qazandım. Yarışın ilk dövrələrində yaxşı idik. Ancaq pitdən sonra təkərlər tez yeyildi və vəziyyətə nəzarət etmək çətin idi. Bir ara yeddinci yerdə gedirdim. Buna görə də doqquzuncu olduğumçün məyusam. Yüksək yer tutmaq üçün əlimdən heç nə gəlmədi. Çətin gün olsa da, onluğa düşdük. Montsada daha çox xal qazana bilərik. Ora bizim bolidimizə uyğundur”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*