Belçika-2022: Üçüncü sərbəst yürüşlər

Hava sərin olduğu üçün dünən heç də hamı təkərləri tam yoxlamaq tapşırığının öhdəsindən tam gələ bilməyib. Buna görə də son məşqlərdə komandaların iş qrafiki çox sıx olub.

F-1.az bildirir ki, sürücülər ilk dəqiqələrdən trasa çıxıblar, yalnız Ferrari ilk 25 dəqiqəni qaçırıb. Asfalt örtüyünü rezin qatı tutduğundan, trasın vəziyyəti dünənlə müqayisədə xeyli yaxşı olub. Demək olar ki, hamı ardıcıl uzun dövrələrlə başlayıb.

Şumaxer cəmi 6 dövrə vurduqdan sonra sensordakı problemə görə boksa qayıdıb və məşqlər onun üçün başa çatıb. Lekler sona az qalmış 12-ci döngədə çınqıllığa düşüb və maneəyə toxunub, sonra maşını boksa sürüb. Bir neçə dəqiqəlik qırmızı bayraqlar dalğalanıb. Onun maşınına baxış keçirildikdən sonra trasa qayıdıb.

Bu dəfə hamıdan sürətli Serxio Peres olub – 1:45.047. Bizi maraqlı sıralanma turu gözləyir…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 11 Serxio Peres Red Bull 1:45.047 19
2 1 Maks Ferstappen Red Bull 1:45.184 + 0:00.137 19
3 55 Karlos Sayns Ferrari 1:45.824 + 0:00.777 13
4 4 Lando Norris McLaren 1:45.965 + 0:00.918 20
5 14 Fernando Alonso Alpine 1:46.061 + 0:01.014 16
6 63 Corc Rassell Mercedes 1:46.071 + 0:01.024 19
7 16 Şarl Lekler Ferrari 1:46.120 + 0:01.073 12
8 5 Sebastyan Fettel Aston Martin 1:46.166 + 0:01.119 18
9 31 Esteban Okon Alpine 1:46.601 + 0:01.554 23
10 10 Pyer Qasli AlphaTauri 1:46.604 + 0:01.557 19
11 3 Daniel Rikkardo McLaren 1:46.646 + 0:01.599 18
12 44 Lyuis Həmilton Mercedes 1:46.769 + 0:01.722 20
13 6 Nikolas Latifi Williams 1:46.811 + 0:01.764 20
14 23 Aleksander Elbon Williams 1:46.836 + 0:01.789 20
15 77 Valtteri Bottas Alfa Romeo 1:46.881 + 0:01.834 20
16 18 Ləns Stroll Aston Martin 1:46.975 + 0:01.928 16
17 20 Kevin Maqnussen Haas 1:46.982 + 0:01.935 13
18 22 Yuki Tsunoda AlphaTauri 1:47.035 + 0:01.988 23
19 23 Quanyu Çjou Alfa Romeo 1:47.089 + 0:02.042 19
20 47 Mik Şumaxer Haas 1:52.494 + 0:07.447 6
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*