S.Peres: “Formula1 ədalətsizdir”

Force india komandasının sürücüsü Serxio Peres bildirib ki, Formula1 ədalətli idman növü deyil.

F-1.az xatırladır ki, Serxio Peres 2011-ci ildə Formula1-də debüt edib və ortabab komandalarda çıxış etsə də, 8 dəfə podiuma yüksəlib. Buna baxmayaraq, meksikalı sürücü güclü komandaların diqqətini cəlb edə bilmir.

Serxio Peres: “Formula1 digər idman növlərinə nisbətən ədalətsizdir. İdmançılardan çox bolidlər ön plana çıxır. Məsələn, tennis oynayanda hər şey sizin əlinizdədir. Amma Formula1-də ən güclü sürücü olsanız da, güclü bolidiniz yoxdursa, gözəl nəticələr ala bilmirsiniz. Lakin buna görə artıq məyus olmuram. Nəticədə burada olmaq istəyib, ancaq bacarmayan çox pilot var. Mən şanslı olduğumu düşünürəm. 8 ildir güclü boliddə yarışa bilmədim. Amma inanıram ki, bunu bacaracam. Ümid edirəm ki, xəyalım reallaşar”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*