Avstriya-2021: Üçüncü sərbəst yürüşlər

Hava dünənkindən isti olub, külək səngiyib. Dəstək yarışlarının da köməyi ilə yolun vəziyyəti xeyli yaxşılaşıb və asfaltla ilişmə artıb.

F-1.az bildirir ki, sürücülər gələn yarışdan istifadə ediləcək yeni arxa təkərləri test etməklə yanaşı, Soft təkərlərlə daha çox işləyərək sıralanma turuna hazırlaşmağa çalışıblar. Ferstappen yeni təkər dəstlərini dünən istifadə edib və bugünkü məşqlərin ilk hissəsini boksda keçirib. Tsunoda doqquzuncu döngədə idarəetməni itirərək otluq sahəyə çıxıb və boksa qayıdıb. Lekler dördüncü çınqıllığa düşüb, Sayns və Norris isə onuncu döngədə səhvə yol verərək təhlükəsizlik cibinə giriblər.

Son iki döngədə trasdan tam çıxma hallarına görə 13 dövrəvi nəticə ləğv edilib. Protokollara 1:04.591-lik nəticə ilə Maks Ferstappen başçılıq edib. Bizi yenə də gərgin sıralanma turu gözləyir…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 33 Maks Ferstappen Red Bull 1:04.591 15
2 77 Valtteri Bottas Mercedes AMG 1:05.129 + 0:00.538 22
3 44 Lyuis Həmilton Mercedes AMG 1:05.277 + 0:00.686 20
4 10 Pyer Qasli AlphaTauri 1:05.280 + 0:00.689 27
5 99 Antonio Covinatsi Alfa Romeo 1:05.345 + 0:00.754 27
6 55 Karlos Sayns Ferrari 1:05.347 + 0:00.756 29
7 11 Serxio Peres Red Bull 1:05.396 + 0:00.805 20
8 14 Fernando Alonso Alpine 1:05.434 + 0:00.843 23
9 16 Şarl Lekler Ferrari 1:05.484 + 0:00.893 35
10 5 Sebastyan Fettel Aston Martin 1:05.542 + 0:00.951 22
11 18 Ləns Stroll Aston Martin 1:05.546 + 0:00.955 19
12 22 Yuki Tsunoda AlphaTauri 1:05.561 + 0:00.970 23
13 31 Esteban Okon Alpine 1:05.674 + 0:01.083 22
14 63 Corc Rassell Williams 1:05.694 + 0:01.103 23
15 4 Lando Norris McLaren 1:05.700 + 0:01.109 23
16 3 Daniel Rikkardo McLaren 1:05.725 + 0:01.134 21
17 7 Kimi Rəykkönen Alfa Romeo 1:05.747 + 0:01.156 31
18 47 Mik Şumaxer Haas 1:06.078 + 0:01.487 26
19 6 Nikolas Latifi Williams 1:06.105 + 0:01.514 17
20 9 Nikita Mazepin Haas 1:06.289 + 0:01.698 28
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*