H.Marko: Maks inanılmaz idi

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Maks Ferstappen Mayamidə karyerasının ən yaxşı yarışlarından birini keçirib.

F-1.az xatırladır ki, niderlandlı sürücü Bakıda nisbətən zəif performasn göstərsə də, Mayamidə 9-cu yerdən başladığı yarışda komanda yoldaşı Serxio Peresi trasda keçərək, builki 3-cü qələbəsini bayram edib.

O, Mayami yarışına Hard təkərlərlə başlayıb və onları yaxşı istifadə edərək, Peresə çatıb. Daha sonra isə Medium təkərlə meksikalı komanda yoldaşını keçərək, qalib gəlib.

Helmut Marko: “Maks inanılmaz performans göstərdi. Tempi əla idi, amma eyni zamanda təkərlərə də yaxşı nəzarət etdi. Bu, Maksın karyerası ərzində göstərdiyi ən yaxşı performanslardan biri idi, amma bunu deyəndə sıralanma turunu hesaba qatmıram. Bundan başqa hər eşy yaxşı idi.

Yarışdan əvvək qorxurduq ki, təhlükəsizlik maşını ona mane olsun. Amma hər şey qaydasında gedəndə Maks qarşısıalınmazdır”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*