M.Ferstappen: “Həmilton çox güclü idi”

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Həmilton Əbu Dabidə həddən artıq sürətli olub.

F-1.az xatırladır ki, hollandiyalı sürücü ilk dövrədə Lekerin hücumlarına tab gətirməyib üçüncü yerə düşsə də, pit-stoplardan sonra monakolu sürücünü geridə qoyaraq yarışı ikinci yerdə bitirib. 22 yaşlı pilot Sürücülər Çempionatında da üçüncü yeri təmin edib.

Maks Ferstaopen: “Bəli, bəzi kiçik şeylər oldu. Ancaq çempionatdakl yerimizə təsir eləmədi. Ferrari ilk dövrədə bizi qabaqladı. Performansımız yaxşı olsa da, Mercedes və Lyuis daha sürətli idi. Gözəl mövsüm oldu. Çempionatı üçüncü yerdə bitirmək gözəldir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*