23 Oktyabr 2019, Çərşənbə - 22:09

Pirelli Azərbaycan Qran Prisi üçün sürücülərin təkər seçimini bəyan edib

Pirelli Azərbaycan Qran Prisi üçün sürücülərin təkər seçimini bəyan edib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

16:23 - 16 Aprel, 2019

Reqlamentə əsasən, Pirelli səfər yarışlarına 14 həftə, Avropa yarışlarına isə 8 həftə qalmış təkər seçimini elan etməlidir. Bundan sonra komandalar yarış həftəsonu ərzində istifadə edəcəkləri tərkiblərin dəst sayını müəyyən edirlər və seçimlərini FİA-ya bildirirlər, federasiya isə Pirelli-dən məhz bu sayda təkər istehsal etməyi və yarışa gətirməyi tələb edir.

Komandaların seçimi məxfi saxlanılır və yarışa 2 həftə qalmış mətbuata bildirilir. Ona görə də Pirelli bu gün Azərbaycan Qran Prisinə hər bir sürücünün etdiyi seçimi açıqlayıb.

F-1.az xatırladır ki, bu il italyanlar yumşaqlığına görə 5  fərqli quru hava təkərləri istehsal edəcəklər və onlar bütün yarışlarda yalnız ağ, sarı və qırmızı rənglərlə markalanacaqlar. Şanxayda isə sürücülərin ixtiyarında orta üçlük – C2, C3 və C4 tərkibləri olacaq.

Sürücülər ənənəvi olaraq, daha yumşaq təkərlərə üstünlük veriblər – düzdür, tərkiblərin dəst sayı nəinki komandalar arasında, eləcə də komanda yoldaşları arasında dəyişir. Ağ təkərdən yalnız Rikkardo, Rəykkönen, Kvyat və Rassel iki dəst sifariş veriblər, qalan sürücülər bir dəstlə kifayətləniblər…

AZƏRBAYCAN QRAN PRİSİ ÜÇÜN SÜRÜCÜLƏRİN TƏKƏR SEÇİMİ

Pirelli Selected sets, Azerbaijan Grand Prix


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 594
Teqlər ,
Paylaş

logo