A.Prost: Adama hörmət etmirlər

Formula1 üztə dördqat Dünya Çempionu Alen Prost nəyə görə Alpine-dən ayrıldığını açıqlayıb.

F-1.az xatırladır ki, əfsanəvi pilot Alpine-də məsləhətçi kimi işləyirdi. Lakin o, komanda onunla müqavilə yeniləməyəcəyini açıqlayıb.

Alen Prost: “2021-ci il mənim üçün narahat keçdi, çünki uzun illər komandada olanları sıxışdırırdılar. Dəyişikliyi qəbul edirəm, çünki Formula1-də həmişə eyni formada işləmək olmaz. Bəzən fərqli şeylər sınaya bilərsiniz və keçən il belə oldu. Lakin mənim üçün vəziyyət çox qarışdı. Artıq qərar vermə prosesində mən yox idim. Bəzən həmfikir olmasam da, rəsmi açıqlamaları çatdırmalı olurdum.

İdarə heyətinin üzvü olsam da, bəzi qərarları ən son mən öyrənirdim. Sözümə qulaq asmırlar, heç olmasa mənə vaxtında məlumat versinlər. Hörmət etmək lazımdır. Münasibət get-gedə korlandı. Qısqanclıq getdikcə artırdı.

Loren Rossi tək olmaq və başqası tərəfindən narahat edilməmək istəyir. Mənə dedi ki, artıq məsləhətçiyə ehtiyacı yoxdur.

Bu söhbət Qətərdə oldu, amma Əbu Dabidə yenə təklif verdi. Mən də təklifi rədd etdim. Mən nu layihəyə inanıram. Ancaq məni kənara itələyirlər. Loren istəyir ki, diqqət mərkəzində olsun. Mən əgər dinlənmirəmsə və qərarlarda yer almıramsa, orada işim yoxdur”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*