Volff: Mənim Mekislə münasibətlərim yaxşıdır

Mercedes komandasının rəhbəri Toto Volff bildirib ki, Kristian Hornerin vəzifəsindən uzaqlaşdırılmasından sonra komandası ilə Red Bull Racing arasındakı münasibətlər yaxşılığa doğru dəyişib. Volffun sözlərinə görə, Milton Kinsdən olan komandanın hazırkı rəhbəri Loran Mekislə iş məsələlərini müzakirə etmək onun üçün xeyli asandır.

Toto Volff: “Red Bull bizim rəqibimizdir və onlar da bizim onlara məhz belə yanaşmağımızı istəyirlər. Amma mənim Loran Mekislə çox yaxşı işgüzar münasibətlərim var. O, heç bir hiylə olmadan, açıq və dürüst danışır. Söhbət birgə işdən, müxtəlif məsələlərin müzakirəsindən və Formula1-in xeyrinə olacaq reqlamentin formalaşdırılması cəhdlərindən gedəndə bu, xüsusilə vacibdir.

Loran özü ilə manipulyasiya olunmasına imkan vermir, mən də elə, buna görə də ortaq dili tapmaq və bir-birimizlə açıq işləmək bizim üçün asandır. Nəticə etibarilə, o, mənim həmkarımdır, Red Bull-da mənim Mercedes-də gördüyüm işlə, eyni işlə məşğul olan insandır. Buna görə də hazırda komandaların rəhbərləri arasında işgüzar münasibətlər daha konstruktivdir.

Komanda sahiblərinə gəlincə isə, onlar gəlib-gedirlər və mənim üçün bunun artıq elə də böyük əhəmiyyəti yoxdur”.

,