Mercedes Almaniya QP-yə dəstək olmayacaq

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, onlar Almaniya QP-nin təqvimdə qalması üçün heç nə etməyəcəklər.

F-1.az xatırladır ki, Berni Ekklstoun bildirmişdi ki, Almaniya QP gələn il təqvimdə olmaya bilər və yarışın gələcəyi hazırda müəmmalıdır. Gələn il də 2015-ci ildə olduğu kimi Almaniya yarışı keçirilməyə bilər.

Toto Volff Almaniya yarışının önəmli olduğunu qəbul etsə də, bildirib ki, Mercedes Almaniya yarışının təqvimdə qalmasına kömək etməyəcək.

Toto Volff
: “Bizim vəzifəmiz yarış təqvimi yığmaq deyil. Berni ilə Almaniya yarışı üçün danışıqlar aparmamışıq. Gələn il təqvimdə olub-olmayacağını bilmirəm.

Təbii ki, Almaniya yarışı bizim üçün çox vacibdir, amma əlimizdən heç nə gəlmir. Bu cür hadisələrin içində olmaq istəmirik”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*