Orihara Bakıdakı yarışdan əvvəl Honda-nın tərəqqisindən danışıb

Honda Racing şirkətinin baş mühəndisi və yarış briqadasının rəhbəri Şintaro Orihara bildirib ki, tras Bakıda güc qurğusu üçün ciddi sınaq olacaq. Bununla belə, komandanın Monza və Madriddə göstərdiyi irəliləyiş qarşıdakı mərhələyə inamla yanaşmağa imkan verib.

Şintaro Orihara: “Bakı trasında güc qurğusuna düşən yüklər çox yüksəkdir, çünki burada təqvimin tam qazla keçilən ən uzun düzlükdən biri var. Eyni zamanda, trasın İçərişəhər hissəsində divarların bir-birinə çox yaxın yerləşdiyi çoxlu dar döngəlar var, buna görə də burada güc qurğusunun işinin hamarlığı xüsusilə vacibdir.

Monza və Madriddə bu göstəricini necə yaxşılaşdırdığımıza baxsaq, düzgün istiqamətdə irəlilədiyimiz aydın olub. Həm Monzadakı sürətli trasda, həm də Madriddəki şəhər trasında irəliləyiş əldə edə bilmişik ki, bu da Bakı ərəfəsində bizə əlavə inam verib.

Enerjinin idarə olunması və mühərrik sazlamaları üzərində işi davam etdirəcəyik. Söhbət kiçik addımlardan gedir, amma onları ardıcıl şəkildə bir araya gətirsək, göstəricilərimiz tədricən yaxşılaşacaq”.