Orihara: Niderland Qran Prisi Honda üçün vacib mərhələdir

Honda Racing Corporation-da (HRC) çoxdan bəyan etmişdilər ki, Niderland mərhələsinə qədər yenilənmiş, daha səmərəli güc qurğusu hazırlayacaqlar və hesab edirlər ki, bu, yapon motorçuları ilə Aston Martin arasında əməkdaşlıq tarixində mühüm mərhələdir.

Öz növbəsində, komanda Macarıstanda AMR26 şassisinin modernizə olunmuş versiyasını təqdim etmişdi, bundan əlavə, Zandfortda Fernando Alonso və Ləns Strollun maşınlarında aerodinamika ilə bağlı daha bir neçə təkmilləşdirilmiş element peyda olacaq və bu yeniliklər daha güclü mühərriklə birlikdə sürətdə nəzərəçarpacaq artım təmin etməlidir.

Xatırladaq ki, şənbə günü Hunqarorinqdə Alonso mövsümdə ilk dəfə sıralanma turunun ikinci sessiyasına yüksəlmişdi, yarışda isə 14-cü yeri tutmuşdu, komanda yoldaşı isə ondan bir pillə yuxarı qalxmışdı. Macarıstan yarış həftəsonundan dərhal sonra komanda rəsmi çəkiliş günü keçirdi və ilk dəfə yenilənmiş RA626H mühərrikini sınaqdan çıxardı, bu aqreqat kifayət qədər yaxşı təəssürat bağışladı.

Şintaro Orihara, HRC-nin yarış briqadasının rəhbəri və baş mühəndisi: “Niderland Qran Pri Honda üçün vacib mərhələdir, çünki burada biz güc qurğumuzun yeni spesifikasiyasını təqdim edəcəyik. Bu, Sakuradakı bazada apardığımız, HRC-nin Britaniya bölməsi və Aston Martin komandası ilə səyləri əlaqələndirdiyimiz intensiv iş dövrünün nəticəsidir.

Zandfortda həftəsonu proqramına sprint də daxildir və bu o deməkdir ki, bizim ixtiyarımızda cümə günü yalnız bir məşq olacaq. trasda işləmək üçün vaxt məhdud olduğuna görə, bu, yenilənmiş maşının effektivliyinin hərtərəfli qiymətləndirilməsi baxımından əlavə çətinliklər yaradacaq, amma biz bu sınaqları keçirməyə hazırıq.

Macarıstanda gördük ki, yeni şassi təqdim edən komanda irəliyə doğru addım atdı. İndi isə güc qurğusunun yeni spesifikasiyasını hazırladığımız üçün komanda ilə birlikdə mövsümün qalan yarışlarında daha da irəliləyiş gözləyirik”.

Söhbətlərə görə, modernizə olunmuş daxiliyanma mühərriki 30 at qüvvəsi daha güclü olub, baxmayaraq ki, Orihara əvvəlki şərhlərindən birində HRC-nin real nailiyyətlərini açıqlamadan onların bir qədər daha təvazökar olduğunu anlatmışdı.

, ,