E.Bulye: “Arai zəif nəticələrə görə getmədi”

Honda 2015-ci ildə uzun fasilədən sonra McLaren-i mühərriklə təchiz etməyə başladı. Lakin Honda mühərrikdəki problemləri mövsümün sonuna qədər həll edə bilməmişdi və zəif çıxışa görə əsas tənqid hədəfi Honda Motorsport-un rəgbəri Yasuhisa Arai olmuşdu...

F-1.az xəbər vermişdi ki, Yasuhisa Arai Honda idarə heyətinin qərarı ilə gözlənilmədən istefaya göndərilib.

Erik Bulye bunun zəif çıxışla əlaqəli olmadığını bildirib: “Honda şirkətində 60 yaşa çatmış hər kəs təqaüdə göndərilir. O da 60 yaşdadır. Buna bir çoxları inanmadı”.

Yasuhisanı əvəz edəcək Yusuke Haseqava deyib: “Komandaya gələrkən hadisələrin belə inkişaf edəcəyini gözləmirdim. Keçən il bir çox yarışı televizordan izləmişdim”.

 

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*