G.Bergeri nə sevindirib?

Sabiq Formula1 sürücüsü Gerhard Berger bildirib ki, Honda inkişaf etməyə davam edəcək.

F-1.az xatırladır ki, yaponiyalı mühərrik istehsalçısı McLaren ilə 3 uğursuz mövsüm keçirdikdən sonra Toro Rosso ilə builki qış testlərində yaxşı təsir bağışlamışdı.

Bundan başqa Honda Motorsport-un rəhbəri Yusuke Haseqava vəzifəsindən uzaqlaşdırılmış, əvəzinə Toyoharu Tanabe gətirilmişdi.

Gerhar Berger: “Üç il bolidim üzərində işləmiş mühəndisimi Honda-nın texniki direktoru kimi görəndə sevindim. O, çox güclüdür. Buna görə də Toro Rosso yaxşı nəticələr qazana bilər. Honda-nın etibarlı olması yaxşı xəbərdir. İdman mədəniyyəti olan şirkətdir”.

, ,