F.Alonso Monakoda yeni mühərrikdən istifadə edəcək

İspaniya yarışında mühərrik probleminə görə yarışı vaxtından əvvəl bitirən Fernando Alonso Monakoda yeni mühərrikdən istifadə edəcək.

F-1.az xatırladır ki, ispaniyalı sürücü mövsümün ilk yarışı Avstraliyada təhlükəli qəza keçirmişdi və Bəhreyn yarışında onun bolidinə yeni güc qurğusu qurulmuşdu.

Monakoda yaxşı nəticə almaq istəyən McLaren komandası dözümlülük problemlərinin qarşısını almaq üçün tədbirlər görür. Buna görə də britaniyalılar Fernando Alonsonun maşınına Monakoda builki 3-cü mühərriyi quraşdırmağı qərara alıblar. Beləliklə, Fernando Alonsonun yarışı vaxtından əvvəl bitirmə riski minimuma endirilib.

Xatırladaq ki, Alonso İspaniyada 12-ci yerdə getdiyi zaman mühərrik probleminə görə yolda qalmışdı və Honda bütün həftəni araşdırma aparmışdı.

Honda-nın növbəti yarışlar üçün yenilik gətirib-gətiməyəcəyi hələ də dəqiq deyil. Yaponlar bir dəfə və böyük yeniliklər gətirmək istəyirlər, ancaq bunun hansı yarış üçün planlaşdırıldığı hələ də bilinmir.

Qeyd edək ki, Honda Motorsport-un rəhbəri Haseqava İspaniyadan sonra bildirimişdi ki, onlar hələ də qərar verməyiblər və əllərində konkret bir plan yoxdur.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*