F.Alonso: Artıq yaşıl maşın sürmək istəyirəm

Alpine komandasının sürücüsü Fernando Alonso bolidin sürətinə təəccüblənib.

F-1.az xatırladır ki, ispaniyalı sürücü sprint yarışına 7-ci yerdən başlasa da, startda komanda yoldaşı Okona arxadan vurub və ön qanadını qırıb. Bundan sonra pitə gələn və ön qanadını qıran Alonso sonuncu yerə qədər geriləyib. Buna baxmayaraq, yarışı 16-cı yerdə bitirib. Ancaq yarışdakı insidentə görə Alononun nəticəsinə 5 saniyə əlavə olunub və yekunda 18-ci yeri tutub.

Fernando Alonso: “Sprint yarışının ilk dövrəsində təmas yaşamaq ideal deyil, çünki ekstra pit-stop edirsiniz. Yarış qısa olduğundan yüksəlmək də olmur. Bolid güclü olsa da, yüksəlmə şansımız yox idi. Lakin 15-ci yerdən başlayacağıq və xal qazanma şansımız var. Bolid çox sürətli idi və buna təəccüblənirəm.

Bu il az qala divara çırpıldığım, bariyerlərə yaxınlaşdığım anlar oldu. Ciddədə, Budapeştdə belə hallar xatırlayıram. Nə vaxt Okonla yaxın yerlərdən başlamışıqsa, həmişə aqressiv müdəfiə olunub. Belə olan halda əlimizdən heç nə gəlmir.

Bu gün yaxşı xallar toplaya bilmədiyimiz üçün məyusam. Mənim maşınım çox sürətli idi. Okonun bolidi həftəsonu ərzində bir az yavaş idi, amma mənim üçün böyük fürstə əldən getdi. Lakin hər şet əlimizdən çıxmayıb. Yaxşı start və düzgün strategiya ilə geri dönə bilərik. Sprintdə yarış güclü idi. Altı və ya yeddincilik mümkün idi.

Estebanla danışmağın xeyri varmı bilmirəm. Onsuz da bir yarış qalıb. Gələn il fərqli olacaq. Onun başqa komanda yoldaşı olacaq. Artıq Əbu Dabidə yaşıl maşını test etmək istəyirəm. Əsas hədəfim artıq budur”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*