M.Uebber: “Alonsonun diqqəti yayına bilər”

Sabiq Formula1 və WEC sürücüsü Mark Uebber bildirib ki, LMP1 proqramı Alonsonun performansına mənfi təsir göstərə bilər.

F-1.az xatırladır ki, ispaniyalı sürücü bu il Formula1 və WEC-də 25 yarışa çıxacaq. Xüsusən də, iyun və iyul aylarında Alonsonu ağır qrafik – ardıcıl 5 həftə yarış gözləyir.

Mark Uebber: “İndy-də çıxışı əla idi. McLaren keçən il bərbad idi. Ümid edirəm ki, bu il güclənərlər. Amma seriyalar arasındakı yerdəyişmələr Alonsonun diqqətini yayındıra bilər və Formula1-dəki nəticələrinə təsir göstərə bilər. Ümid edirəm ki, belə olmaz.

Le Manda yarışmaq onun üçün mükəmməldir. Bundan həzz alacaq. Amma bütün mövsüm belə olacağına əmin deyiləm. Görək McLaren necə edəcək”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*