F.Alonso: Fürsəti əldən verdik

Alpine komandasının sürücüsü Fernando Alonso bildirib ki, vacib fürsəti əldən veriblər.

F-1.az xatırladır ki, ikiqat Dünya Çempionu sprint yarışına 7-ci yerdən başlayacaq.

Fernando Alonso: “Sıralanma turundan razıyam. Çox çətin şəraitdə yaxşı nəticə qazanmalı idik. Əvvəl keçid təkərləri ilə şəraitə tez öyrəşdik. Birinci yerə yüksəlmək əla idi. Quru təkərlərlə də ilk sırad aidim və sürətli görünürdük.

Üçüncü sessiyada yağış başlayanda bildik ki, ən öndə olan sürücü bundan faydalanacaq. Buna görə də sprint yarışına daha yaxşı yerdən başlama fürsətini itirdik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*