G.Berger: Formula1 Avropa ənənəsinə sadiq qalmalıdır

Sabiq Formula1 sürücüsü Gerhard Berger bildirib ki, Formula1 Avropa ənənəsindən uzaqlaşmamalıdır.

F-1.az xatırladır ki, Liberty Media 2017-ci ildə Formula1-i satın aldıqdan sonra idmanın dəyərini dörd dəfə artırıb. Bundan başqa onlar idmanı Amerikada da məşhurlaşdırıblar. Artıq Formula1 təqvimində 3 Amerika yarışı var və növbəti illərdə bu say 4-ə yüksələ bilər.

Lakin Gerhar Berger düşünür ki, Formula1 keçmişindən qopmamalıdır: “Liberty Media idmanı ələ aldıqdan sonra axır ki, Amerikada populyarlaşmağa başladıq. Buna görə sevinirəm.

Ancaq unutmayaq ki, Formula1 təməldə Avropa ənənəsinə söykənib. Bu ənənəni dəyişə bilməzsiniz. Amerikalılar bəzən hər şeyin şitini çıxarır. Neftlix serialı da bura daxildir. Onların belə hərəkətləri heç xoşuma gəlmir. Lakin işin yaxşı tərəfi də var. Əvvəl də Ameirkada yarışardıq, amma həyəcan yarada bilmirdik. Çox az kütlə var idi və cəmi 30 min azarkeş cəlb edə bilərdik. Amma indi Myami də 300 min, Ostində 400 min azarkeş var”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*