G.Berger: “Rosberq geri qayıda bilər”

Sabiq Formula1 sürücüsü Gerhard Berger bildirib ki, Niko Rosberq gələcəkdə Formula1-ə geri qayıda bilər.

F-1.az xatırladır ki, Niko Rosberq Dünya Çempionu titulunu qazandıqdan 5 gün sonra Formula1-dən ayrıldığını açıqlamışdı. Almaniyalı bildirmişdi ki, Formula1 üzrə Dünya Çempionu olmaq onun ən böyük xəyalı olub və bu hədəfinə çatdığı üçün davam etmək mənasızdır. 31 yaşlı sürücü Formula1-ə qayıtmayacağını demişdi.

Gerhard Berger: “İki-üç ildən sonra öz-özünə “artıq evdə oturmaqdan bezdim” deyə bilər. Onu darıxdığı yerdə xəyal edə bilirəm. Keçmişdə də qayıdan sürücülər oldu. Bu qədər gənc yaşda və zirvədə getsəniz, geri dönmək üçün şansınız ola bilər. Niko bu gün fərqli şeylər desə də, gələcəkdə fərqli düşünə bilər. Bir neçə il ərzində darıxacağını düşünürəm. Yaşına görə evdə oturmaq ona çətin olacaq. Əgər daha əvvəl etdiyini təkrarlayacaq yaşda deyilsinizsə, deməli vəziyyət fərqlidir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*