Rəsmən: N.de Vriz Həmiltonu əvəz edəcək

Mercedes komandasının test və ehtiyat sürücüsü Nik de Vriz bu həftəsonu Fransada birinci sərbəst yürüşlərdə Həmiltonu əvəz edəcək.

F-1.az xatırladır ki, builki idman reqlamentinə görə komandalar mövsüm ərzində iki birinci sərbəst yürüşlərdə trasa gənc sürücü çıxarmalıdırlar. Mercedes hələ buna əməl etməsə də, Fransada ilki reallaşdırmağa hazırlaşır.

Toto Volff: “Nik Frandada birinci sərbəst yürüşlərdə Lyuisi əvəz edəcək. Onun performansını görmək üçün səbirsizlənirəm”.

Qeyd edək ki, Nik daha əvvəl İspaniyada Aleks Elbonu əvəz etmiş və Williams-ın bolidini sürmüşdü.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*