Şintaro Orihara, Honda Racing-in baş mühəndisi və yarış briqadasının rəhbəri: “Monza təqvimdə ən yüksək maksimal sürət göstəricilərindən birinə malik, uzun düzlüyü və cəmi 11 döngəsi olan unikal trasdır. Bu trasda enerjinin optimal bölgüsü həlledici amilə çevriləcək, xüsusən də sıralanma turunda.
Monzada dövrə vaxtı böyük ölçüdə gücdən asılıdır. Zandfortda güc qurğumuzun ikinci spesifikasiyası ilə səmərəlilik baxımından irəliləmişik, amma bu həftəsonu ərəfəsində realist olmalıyıq, çünki güc baxımından rəqiblərdən geri qaldığımızı bilirik.
İtaliya Qran Prisində əsas məqsədimiz güc qurğusunun idarəolunmasını yaxşılaşdırmaqdır. Zandfortdan sonra Sakuradakı sınaq stendində intensiv çalışdıq ki, yanacağın yanma prosesinə sabit və etibarlı nəzarətə nail olaq. Monzada bu işin nəticələrini təsdiqləmək və növbəti mərhələlərdə daha yüksək rəqabət qabiliyyəti təmin edəcək əlavə düzəlişlər etmək istəyirik”.





