F.Alonso: “Təzə maşınları bəyənməsəm Formula1-dən gedəcəm”

İkiqat dünya çempionu növbəti mövsüm maşınları bəyənməzsə, hətta Mercedes AMG-dən də təklif gəlsə, Formula1 karyerasını bitirəcəyini açıqlayıb.

F-1.az xatırladır ki, 2005-ci və 2006-cı illərdə dünya çempionu olan, 2007-ci, 2010-cu və 2012-ci illərdə çempionluğu son yarışda əldən verən Fernando Alonso McLaren Honda ilə yarışdığı son iki ildə podiuma yüksələ bilməyib. O, dəfərlərlə 2017-ci ildən sonra karyerasını bitirə biləcəyini bildirib. ABŞ Qran Prisindən sonra jurnalistlərə müsahibə verən Fernando yenə bu məsələyə toxunub: “Gələn mövsüm üçün müqaviləm var. McLaren-in gələn il yaxşı maşın hazırlayacağına əminəm. Honda da daha yaxşı motor buraxacaq. Məni maraqlandıran yeganə şey yeni maşınların mənim gözlədiyim duyğuları, hissləri, sürüş həzzini verib-verməyəcəyidir. Bunu maşınla atacağım ilk dövrədən sonra biləcəyəm. Hər şey eynidirsə, bu, mənim üçün Formula1-in sonu olacaq.

Hətta gələcək illərdə çempion olacağımı bilsəm belə, bu addımı ataram. Mercedes AMG və Red Bull-un sürücülərlə növbəti iki il üçün müqavilələri var. Onlardan təklif gələ biləcəyini düşünmürəm. Amma indiki vəziyyətdə ən güclü komandada olmaq fikri də məni motivasiya edə bilmir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*