S.Vandorn: “Həmilton kimi olmaq istəmirəm”

McLaren komandasının yeni sürücüsü Stoffel Vandorn bildirib ki, Lyuis Həmiltona bənzəmək istəmir.

F-1.az xatırladır ki, Vandorn gələn mövsüm McLaren komandasında Battonu əvəz edəcək və ilk dəfə tam mövsüm keçirəcək. Belçikalı sürücü Formula1-də ilk mövsümündə Fernando Alonso ilə komanda yoldaşı olacaq.

Stoffel Vandorn: “Sözün açığı, Lyuisə oxşamaq istəmirəm. Mən öz yolumla gedib, Vandorn kimi tanınmaq istəyirəm. Bunun üçün də əlimdən gələni edəcəm.

Alonso çox istedadlı sürücüdür. Onunla komanda yoldaşı olmaq böyük şansdır. Amma ondan çox kömək gözləmirəm. İndiyə qədər nə Battondan, nə də Alonsodan məsləhət almamışam. Onlara yaxın olmağa və nəsə öyrənməyə çalışdım. Amma bolidə minəndə öz yolumla gedəcəm.

Məni Maksla müqayisə edirlər. Mən idmana ondan gec girmişəm və daha az pul qazanmışam. O bütün uğurları daha tez əldə etdi. Mən ondan təcrübəsizəm və ona çatmaq üçün əlimdən gələni edəcəm”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*