M.Uebber: “Ferstappen öyrənmə mərhələsindədir”

Sabiq Formula1 sürücüsü Mark Uebber bildirib ki, Red Bull komandasının sürücüsü Maks Ferstappen son 6 yarışın 4-də mübarizəni vaxtından əvvəl dayandırmaqla çox şey öyrənib.

F-1.az xatırladır ki, 19 yaşlı sürücü Azərbaycan yarışının 10-cu dövrəsində mühərrik problemi yaşayaraq, mübarizəni vaxtından əvvəl dayandırmalı olmuşdu.

Mark Uebber: ” O hələ çox gəncdir. Hələ də öyrənməli çox şeyin olduğunu bilmir. Bu qorxunc bir şeydir. Hələ də mozaikanın parçalarını yığmaqla məşğuldur. Hazırda ancaq divara yumurtaları ata bilər və bunu ancaq yarışa çıxaraq edir. Hazırda çox istəklidir.

Birinci döngəni xarici trayektoriyadan almağı sevir. Bu, bir az Fernando Alonsonun hərəkətlərini xatırladır. Monrealda uğurlu alınsa da, daha geniş olan Barselonada işə yaramadı. İnkişaf etmək üçün daha çox iş görməlidir. Amma fitri istedaddır”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*