19 Noyabr 2019, Çərşənbə axşamı - 11:10

Q.Anderson: “Ferstappen Şumaxerə bənzəyir”

Q.Anderson: “Ferstappen Şumaxerə bənzəyir”

Müəllif: Rauf Hacıyev, redaktor

13:04 - 25 May, 2016

Sabiq Formula1 mühəndislərindən olan Qəri Anderson Formula1-in ən gənc qələbə qazanan sürücüsü Maks Ferstappenin bəzi xüsusiyyətlərini Mixael Şumaxerə oxşadıb…

F-1.az xatırladır ki, Ferstappen 17 yaşında Formula1-də debüt edib və 18 yaşında Barselonada Red Bull ilə çıxıdığı ilk yarışda qalib gələrək, Formula1 dünyasının diqqətini özünə cəlb edib.

Keçmişdə, yəni 1991-ci ildə Jordan komandasında Şumaxerin ilk yarışında almaniyalı sürücü ilə bir yerdə işləyən Anderson, Ferstappenin bəzi xüsusiyyətlərinin əfsanəvi sürücü ilə bənzər olduğunu bildirib: “Öz təbii istedadınıza inanmaq sizi irəliyə aparacaq. Mixaelin Belçikadakı ilk yarışını xatırlayıram. Qırmızı Su həmişə sürücülər üçün çətin döngə olub və bizim məqsədimiz o döngəni maksimum sürətlə keçməkdir.

Həmin il (1991) cümə günü axşam Mixael ilə danışdıq və ona bildirdik ki, Qırmızı Su döngəsini hələ də maksimum sürətlə keçə bilmirsən. O isə bizə “Problem deyil, sabah yaxşı olacaq. Sadəcə trasa uyğunlaşıram” dedi. Daha sonra de Çezarisin və digər sürücünün yanına getdik. Onlar da eyni sözləri dedilər.

Şənbə günü səhər Mixael ilk dövrəsində Qırmızı Su döngəsini maksimum sürətlə keçdi və bir də ayağını qaz pedalından çəkmədi. Andrea de Çezaris isə o döngəni son cəhdində maksimum sürətlə keçdi.

Ferstappen mənə Şumaxeri xatırladır. İstedadına inanır. Bunun hesabına rəqiblərini keçə bilir. Bolidini başqa bolidin yanına yerləşdirə bilir və nəticələrinə nəzarət edir.

Böyük planı yoxdur. Maks özünə güvənir və bu. onun gələcəkdə ən yaxşı sürücülərdən biri olacağını göstərir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 591
Teqlər , , , , ,
Paylaş

logo