M.Ferstappen artıq təqaüd haqda düşünür

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, təqvimdə yarışlar artacağı halda, 30 yaşlarının əvvəlində idmandan gedəcək.

F-1.az xatırladır ki, niderlandlı sürücü Formula1 karyerasına 17 yaşında başlayıb. Onun artıq 25 yaşı var və 8 il ərzində artıq iki titul qazanıb.

Formula1 təqvimi hər il getdikcə genişlənir. Bu il təqvimdə 22 yarış olsa da, gələn il bu say 24-ə yüksələcək. Hətta, 2026-cı ildə yarış sayının daha da çoxalacağı deyilir.

Yarışlar artan zaman sürücülərin və komanda işçilərinin də işi çətinləşir. Onlar ailələri və dostları ilə yetərincə vaxt keçirə bilmirlər.

Maks Ferstappen: “Bu düşüncəmin səbəbi yarış sayı və ya başqa şeyə görə deyil. Bu, həyat keyfiyyətına görədir. Hər il yarışların sayı daha da artır.

Hazırda 2028-ci ilə qədər müqaviləm var və bitəndə artıq 31 yaşım olacaq. Buna görə də yarış sayı artsa, “35 yaşa qədər davam edərəmmi?” deyə, özümə sual verəcəm. Cavab böyük ehtimalla yox olacaq. Çünki Formula1-dən başqa məşğul olmaq istədiyim əyləncəli şeylər var. Bütün ili səyahət edərək keçirmək istəmirəm.

Müqaviləmin sonuna qədər özümü Formula1 sürücüsü kimi görürəm, ancaq daha sonra həyatımla bağlı qərar verəcəm. Evdə qalmağı çox sevirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*