M.Ferstappen ralliyə keçir?

Red Bull komandasının sürücüsü Maks Ferstappen gələcəkdə rallidə çıxış etmək istəyir.

F-1.az bildirir ki, hollandiyalı sürücü Dünya Ralli Çempionatının ilk mərhələsini izləmək üçün Monte Karloya gedib. 22 yaşlı pilot burada Sebastyen Löb və Sebastyen Ojye kimi ralli əfsanələri ilə görüşüb.

Maks Ferstappen: “Sosial şəbəkələrədən həmişə WRC-ni izləyirəm. Bu seriyanın fanatıyam. Bir gün o maşınlardan birini sürmək istəyirəm”.

Qeyd edək ki, aktiv Formula1 sürücülərindən WRC maşınlarını test edən iki sürücü – Kimi Rəykkönen və Valtteri Bottas – var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*