Şintaro Orihara: Honda üçün yaxşı nəticə

Sepanqdakı mərhələ hələlik mövsümdə Aston Martin və Honda üçün ən uğurlu etap olub - sıralanma turunda hər iki sürücü ikinci sessiyaya yüksəlib, yarışda isə Fernando Alonso səkkizinci yeri tutub.

Honda Racing-in baş mühəndisi və yarış briqadasının rəhbəri Şintaro Orihara mərhələnin yekunlarından razı qalıb…

Şintaro Orihara: “Yarış zamanı temperaturun gözləniləndən daha aşağı olması baxımından bəxtimiz gətirib, amma bu, hazırkı mərhələdə uğur sayıla biləcək yaxşı nəticədir. Bu nəticə güc qurğumuzun səmərəliliyini tam əks etdirməsə də, komandada hamı bu mürəkkəb vəziyyətdən maksimum yararlanmaq üçün birlikdə yaxşı çalışıb və bu da bizə çempionatda dörd xal qazandırıb.

Monzadan sonra görülən gərgin işi, o cümlədən ondan sonrakı üç yarışda yaşanan çətin məqamları nəzərə alsaq, bu, Honda üçün yaxşı nəticədir. Mövsümün sonuna qədər mümkün olan hər yerdə nəticələri yaxşılaşdırmaq üçün səylə işləməyə davam edəcəyik”.